“Buta Airways” Volqoqrada reys açır

“Buta Airways” Volqoqrada reys açır

Hazırda oxunan: “Buta Airways” Volqoqrada reys açır

116204

“Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.

Bizim.Media “Buta Airways”ə istinadən xəbər verir ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək.

Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.

Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO