"Tünzalə çox mücadilə etdi. Övladı Zəhra tək qaldı. Bu barədə çox hissiyatlıyam".
Bu sözləri Xalq artisti Nübar Novruzova Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətkar mərhum həmkarı ilə bağlı xatirələrini bu sözlərlə ifadə edib:
"Onunla hərdən verilişlərdə rastlaşırdıq. Həyatsevər bir insan idi. Onda olan gücə məəttəl qalmışdım. O, xəstəliyi ilə mücadilə aparırdı... Allahın yazısıdır. Onun Zəhra balasına xoşbəxtlik arzu edirəm. Gözəl sənətkar idi. Hər zaman gülərüz, mehriban idi. Onunla çox yaxın dostluğumuz olmayıb. Tünzalə ilə heç bir filmdə, tamaşada bir yerdə oynamamışam”.
Qeyd edək ki, T.Əliyeva ötən gün saat 12:00 radələrində Milli Onkologiya Mərkəzində uzun sürən xərçəng xəstəliyindən 50 yaşında dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:35 / 23.01.2023
Xalq artisti: "Tünzalədə olan gücə məəttəl qalmışdım" - ÖZƏL
Hazırda oxunan: Xalq artisti: "Tünzalədə olan gücə məəttəl qalmışdım" - ÖZƏL
Hazırda oxunan: Xalq artisti: "Tünzalədə olan gücə məəttəl qalmışdım" - ÖZƏL
116160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.