Melburnda Azərbaycana qarşı hörmətsizlik - Qondarma rejimin əski parçası stadionda reklam edildi

Melburnda Azərbaycana qarşı hörmətsizlik - Qondarma rejimin əski parçası stadionda reklam edildi

Hazırda oxunan: Melburnda Azərbaycana qarşı hörmətsizlik - Qondarma rejimin əski parçası stadionda reklam edildi

116073

Xəbər verdiyimiz kimi, erməni əsilli rusiyalı tennisçi Karen Xaçanov Melburnda keçirilən Avstraliya Açıq Çempionatında (Australian Open) 1/4 finala yüksəlib.

1/8 finalda Xaçanov yaponiyalı Yoşihito Nişiokanı 6:0, 6:0, 7:6 (7:4) hesabları ilə məğlub edib. Tennisçilər kortda 1 saat 58 dəqiqə vaxt keçiriblər.

Bizim.Media xəbər verir ki, oyun zamanı stadionda Xaçanovu dəstəkləyən ermənilər Qarabağdakı qondarma rejimin əski parçasını qaldırıblar. Bununla diqqəti guya 42 gündür “bağlı” olan Laçın yoluna yönəltmək istəyiblər.

Avstraliya Açıq Çempionatının təşkilatçıları isə buna seyrçi mövqedən çıxış ediblər.

Xatırladaq ki, Xaçanov Yaponiyadan olan rəqibini məğlub etdikdən sonra yenidən telekameraya "Sona qədər inanın!!! Arsax (Qarabağdakı qondarma rejim), dayan!!!" sözlərini yazıb.
Qeyd edək ki, mövsümün ilk Böyük Dəbilqə turniri olan Avstraliya Açıq Çempionatı yanvarın 29-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO