Qaregin Njdenin heykəli Xocavənddən götürüldü - YENİLƏNİB

Qaregin Njdenin heykəli Xocavənddən götürüldü - YENİLƏNİB

Hazırda oxunan: Qaregin Njdenin heykəli Xocavənddən götürüldü - YENİLƏNİB

11602

Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərindəki heykəli götürülüb.

Bizim.Media “panorama.am”a istinadən xəbər verir ki, bunu erməni deputat Sofya Ovsepyan deyib.

“Abidə dəqiq sökülüb və Tarix muzeyinə daşınıb”,- deyə  o qeyd edib.

***

Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Qaregin Nijdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsi söküləcək.

Bizim.Media-nın “Vestnikkavkaza.ru”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin deputatı Arman Babacanyan açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni nazir: “Qarabağda baş verənlər 30 il əvvəlki hərəkətlərimizin nəticəsidir”


Bildirib ki, Azərbaycan hazırda Rusiya ilə Nijdenin abidəsinin Xocavənd ərazisindən çıxarılması üçün danışıqlar aparır:

''Bu məsələ Ermənistan Xarici İşlər Nazirliyinin bu gün öz xalqının mənafeyi naminə müstəqil xarici siyasət apara bilmədiyini göstərir, buna görə də bu məsələ parlamentdə müzakirə ediləcək''.

Xatırladaq ki, hazırda abidənin yerləşdiyi Xocavənd qanuni olaraq dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazisidir.

Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il 9 noyabr tarixində imzaladıqları müqaviləyə əsasən, hazırda ərazidə etnik qarşıdurmaya səbəb ola biləcək hər hansı bir təxribatın qarşısını almaq üçün Rusiya sülhməramlıları yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO