Toliki “Sakit göl” otelinə BURAXMADILAR: \

Toliki “Sakit göl” otelinə BURAXMADILAR: \"Ailəli deyil\" - VİDEO

Hazırda oxunan: Toliki “Sakit göl” otelinə BURAXMADILAR: \"Ailəli deyil\" - VİDEO

115933

Tolik ləqəbi ilə şou-biznesdə məşhurlaşan prodüser və aparıcı Tarix Əliyev Şamaxıda yerləşən lüks “Sakit göl” otelindən şikayət edib. 

Bizim.Media xəbər verir ki, bu haqda Tolik aparıcısı olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində danışıb.  

Onun sözlərinə görə, dostları və ailə üzvləri ilə birlikdə oteldə qalmaq istəyib. Lakin Tolikin ailəli olmadığını səbəb gətirərək, orada qalmağına icazə verməyiblər. 

“Ailəli deyiləm, amma siqaret çəkmirəm, içki içmirəm. Gedib həftəsonu hoteldə dincəlmək istəyirəm. Zəng etdim ki, ailəli dostlarım var, gəlib sakit gün keçirdək və gölün kənarında gəzək.

Dedilər, mümkün deyil. Dedim ki, bacımı, bibimi götürüm gəlim. İcazə vermədilər”, - deyə Tolik vurğulayıb. 

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO