Rövşən Əziz qızının səhhətində problemlər yarandığını AÇIQLADI – VİDEO

Rövşən Əziz qızının səhhətində problemlər yarandığını AÇIQLADI – VİDEO

Hazırda oxunan: Rövşən Əziz qızının səhhətində problemlər yarandığını AÇIQLADI – VİDEO

115928

Müğənni Rövşən Əzizin qız övladının səhhətində ciddi problemlər yaranıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın Azərbaycan!” səhər verilişində məlumat verib. 

Belə ki, müğənninin qonaq olduğu verilişdə aparıcı “Qızınızın səhhətində problemlər yaranıb.

Bunun üçün isə siz bir çox yerlərə müraciət etmisiniz və xarici ölkələrə getmisiniz” sözlərini dilə gətirib. 

Bunu eşidən Rövşənin üz ifadəsi 180 dərəcə dəyişilib. İfaçı “Allah valideynləri övladları ilə sınağa çəkməsin. Allaha şükür olsun. Qızım evimin mələyidir. Onu çox sevirəm. Nə qədər canım sağdır, onun qulluğundayam” – deyərək, məsələyə üstü örtülü münasibət bildirib. 

Qeyd edək ki, R.Əziz bir il əvvəl qonaq olduğu “Üzbəüz” verilişində bibisi qızı ilə evləndiyini açıqlayıb. Müğənni bildirib ki, onun bu evliliyindən 2 qızı və bir oğlu var. Dünyaya gələn üçüncü qız övladının qüsurlu, problemli olduğunu diqqətə çatdırıb. Qızının səhhəti ilə bağlı Almaniyaya, Türkiyəyə və İrana getdiyini söyləyən Rövşən həkimlərin əksəriyyətinin qohum evliliyi səbəbi ilə övladında problem yaşadığını deyiblər. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO