İsveçin müdafiə naziri Pal Consonun Türkiyəyə səfəri ləğv olunub.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasından sonra deyib:
“Bizim yeganə istəyimiz Madriddə imzalanmış üçtərəfli memorandumda olan öhdəliklərin yerinə yetirilməsidir. Biz İsveç və Finlandiyanın öz üzərlərinə düşəni, ev tapşırıqlarını yerinə yetirmələrini gözləyirik”.
Nazir Akar İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarlarının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə qarşı təxribatları və İsveç polisinin “Türkiyə səfirliyi qarşısında Quran yandırılacaq” iddiası ilə nümayişə icazə verməsi ilə bağlı xəbərləri xatırladıb:
“Onlara qarşı hərəkətsiz qalmaq, reaksiya verməmək qəbuledilməzdir. Lazım olanı etmək və tədbir görmək mütləq lazım idi”.
Akar bildirib ki, bu barədə yanvarın 20-də Ramşteyn hərbi hava bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclası çərçivəsində görüşdüyü İsveç müdafiə naziri Pal Consona da bildirib.
"Prezidentimizə, ölkəmizə qarşı bu çirkin və iyrənc əməllərə görə heç bir tədbir görülmədiyinin təəssüflə şahidi olduq. Ona görə də bu məqamda İsveçin müdafiə naziri Consonun yanvarın 27-də Türkiyəyə gözlənilən səfərinin də mənası qalmadı. Bu səbəbdən səfəri ləğv etdik" deyə Akar bildirib.
Qeyd edək ki, İsveç müdafiə nazirinin yanvarın 27-də Türkiyəyə səfəri planlaşdırılırdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:52 / 21.01.2023
İsveç müdafiə nazirinin Türkiyəyə səfəri ləğv OLUNDU
Hazırda oxunan: İsveç müdafiə nazirinin Türkiyəyə səfəri ləğv OLUNDU
Hazırda oxunan: İsveç müdafiə nazirinin Türkiyəyə səfəri ləğv OLUNDU
115917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.