Xatirə həyat yoldaşı Fəxrəddinin ondan KÜSDÜYÜNÜ AÇIQLADI – VİDEO

Xatirə həyat yoldaşı Fəxrəddinin ondan KÜSDÜYÜNÜ AÇIQLADI – VİDEO

Hazırda oxunan: Xatirə həyat yoldaşı Fəxrəddinin ondan KÜSDÜYÜNÜ AÇIQLADI – VİDEO

115895

Müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin Musazadə ilə küsülü olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi oğlu Emil ilə qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda məlumat verib. 

Xatirə bildirib ki, həyat yoldaşı ilə küsməyinin səbəbi onun aldığı yeni avtomobilinin sənədlərində yaranmış problem olub. 

“Bir müddət əvvəl bıçağı yumayıb, təmiz qaşıqların arasına qoyduğum üçün Fəxrəddin mənimlə küsdü. Bu dəfə isə küsməyimizin səbəbi yeni avtomobil ilə əlaqədardır. Avtomobilimin sənədlərində problem yarandığı üçün Fəxrəddin mənimlə danışmır. Fəxrəddin küsəndə bir-iki gün əsəbi olur. Durduğu yerdə, adi bir şeyin üstündə əsəbiləşir, küsür. Sonra isə heç nə olmamış kimi sakitləşir. Artıq 12 ildir ki, onu belə tanıyıram”, - deyə Xatirə vurğulayıb. 

Qeyd edək ki, Xatirə ilə Fəxrəddinin Emil adında bir oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO