“Həyat yoldaşım tabasaranlıdır. O, təbii ki, xəngəl də daxil olmaqla çox dadlı xörəklər bişirir.”
Bizim.Media xəbər verir ki, bunu Azərbaycandakı Rusiya sülhməramlılarının rəhbəri, Rusiya Qəhrəmanı, general-leytenant Rüstəm Muradov Usmanoviç Dağıstanın Tabasaran rayonunda dərc olunan “Zori Tabasarana” qəzetinə verdiyi müsahibəsi zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Rüstəm Muradov sülhməramlıların komandanı təyin edildi
Tabasaran rayonunun Xanak kəndində dünyaya gələn Rüstəm Muradov xəngəlin onların ailəsinin ən sevdiyi xörəklərdən biri olduğunu qeyd edib.
General uşaqları barəsində də qısaca məlumat verib:
“Mənim iki qızım və dörd oğlum var. Hamısı oxuyur, kimisi orta məktəbdə, kimisi ali təhsil ocaqlarında. Onlarla bağlı heç bir problem yoxdur”.
Bizim.Media