Tənha insanların problemləri ilə bu nazirlik məşğul olacaq – Yeni yaradıldı

Tənha insanların problemləri ilə bu nazirlik məşğul olacaq – Yeni yaradıldı

Hazırda oxunan: Tənha insanların problemləri ilə bu nazirlik məşğul olacaq – Yeni yaradıldı

11587

Yaponiyanın baş naziri Yosihide Suqa ölkənin Regional inkişafı üzrə naziri Tesusi Sakamotonu tənhalıq üzrə nazir vəzifəsinə təyin edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Kasunobu Kato Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Yaponiya hökumətində tənha vətəndaşların problemləri üzrə məsul olan nazir vəzifəsi ilk dəfə yaradılıb.

"Bu təyinatın hədəfinə gəlincə, söhbət aşağı doğum səviyyəsi olan cəmiyyətin yaşlanması səbəbi ilə ortaya çıxan sosial problemlərin həllindən gedir. Bura həmçinin ilk növbədə qadınlar və gənclər arasında mövcud olan intiharlar problemi də aiddir", - Kato deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO