Gəncədə ƏMƏLİYYAT – Evi qarət edib 54 min manat aparan şəxs saxlanıldı

Gəncədə ƏMƏLİYYAT – Evi qarət edib 54 min manat aparan şəxs saxlanıldı

Hazırda oxunan: Gəncədə ƏMƏLİYYAT – Evi qarət edib 54 min manat aparan şəxs saxlanıldı

115815

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Zorxan Rzayev şəhər ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq, oradan 39.000 manat nağd pul, ümumi dəyəri 10.000 manat olan müxtəlif məişət əşyaları və 5500 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını oğurlayıb. 

Z.Rzayev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO