Davos: Formalaşan yeni vektorlarda Bakı və İrəvanın yeri

Davos: Formalaşan yeni vektorlarda Bakı və İrəvanın yeri

Hazırda oxunan: Davos: Formalaşan yeni vektorlarda Bakı və İrəvanın yeri

115802

Davos mühüm danışıqların getdiyi və vacib qərarların qəbul edildiyi məkanlardan biridir. Ötən il Davosda Rusiya-Ukrayna müharibəsi, iqtisadi böhran, kriptovalyutalar və qida təhlükəsizliyi, bu il isə dünya iqtisadiyyatının resessiyadan xilas edilməsi müzakirə edilirdi. 2022-ci ildə Kiyevi sülh və təhlükəsizlik naminə Moskvaya ərazi güzəştlərinə getməyə çağıran, Ukraynanın neytral statuslu ölkə olma zərurətini “sübut etməyə” çalışan Kissincer, hazırda Ukraynanın gələcəkdə NATO-ya üzv olmasını aktual sayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin araşdırmasında bildirilir.

Bildirilib ki, forum təşkilatçıları tərəfindən aparılan sorğu nəticələrinə görə dünyanın aparıcı iqtisadçı və menecerlərinin 73%-i dünya iqtisadiyyatının resessiyaya uğrayacağını, 40%-i isə rəhbərlik etdikləri müəssisələrin onilliyin sonuna qədər müflisləşəcəyini düşünürlər.

Dünya iqtisadiyyatının xilas yollarını müzakirə etmək məqsədilə Davosa 56 maliyyə naziri, 30 ticarət naziri və 19 Mərkəzi Bank rəhbərləri gəlmişlər. Forumda 52 dövlət başçısı olmaqla 379 nəfər nüfuzlu şəxs iştirak edir.
 

Qloballaşan dünyanın tərkib hissəsi olan Azərbaycan Davos iqtisadi forumunun daimi iştirakçılarındandır.

Forum dünyada gedən geosiyasi/geoiqtisadi tendensiyaları anlamaq, potensial investorları cəlb etmək və yeni tərəfdaşlıqlar yaratmaq baxımından Bakı üçün vacib əməkdaşlıq meydanıdır. 

Prezident “Fortesque Future Industries” şirkəti ilə külək və günəş enerjisinin birgə istehsalı, “CISCO” şirkəti ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin gerçəkləşməsini, “Damen Shipyards Group” şirkəti ilə yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılması və Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün müxtəlif gəmilərin istehsal mümkünlüyünü, “The Goldman Sachs” maliyyə təşkilatı ilə davamlı əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Danışıqların praktiki tərəfi ilə yanaşı nəzəri əhəmiyyəti də hissolunandır. Məsələn, Rusiya iqtisadçılarının (ВШЭ) 2015-ci il araşdırmasına görə Goldman Sachs-ın proqnozları 56,06% dəqiqlik göstəricisinə malikdir. Təşkilatın 2014-cü ildə verdiyi hər 5 tövsiyyəsindən 3-ü özünü doğrultmuş və ümumi gəlir göstəricisini 5,34% artırmışdır. Hazırkı forumda iştirak edən digər maliyyə təşkilatı – J.P. Morgan Chase-in proqnoz dəqiqliyi isə 58,76%-ə bərabərdir.

Azərbaycandan fərqli olaraq Ermənistan forumda iştirak etmir. Ermənistan Koçaryan-Sarqsyan dövründə Davos forumunda ümumiyyətlə iştirak etmirdi. Fərqli vaxtlarda bu “böyük səfər xərcləri ilə” (2012) və ya “eşitməyə və deməyə sözün olmaması” (2015) ilə izah edilirdi.

K.Karapetyanın 2018-ci il səfərini və “ayaqüstü” bir-iki görüşünü saymasaq bu ənənəni ilk dəfə 2019-cu ildə Paşinyan dəyişdi. Həmin ildə Qazprom Ermənistan üçün qaz qiymətlərini $15 (bəzi mənbələrə görə isə $30) artıracağını bildirmişdi. Paşinyan da Ermənistan iqtisadiyyatını xilas etmək üçün Davosa səfər etmişdir. Forumun rəsmi saytında dərc edilən məqaləsində və şəxsi görüşlərdə Paşinyan ölkəsini Aİ və Aİİ təşkilatlarını bir-birinə bağlaya bilən bənd kimi “satmaq” istəyirdi.

Forumda həmçinin Ermənistan-Azərbaycan liderləri arasında görüş olmuş və tərəflər gərginliyin azaldılması məqsədilə müvafiq strukturlar arasında operativ əlaqə xəttinin yaradılmasını müzakirə etmişdilər.

44 günlük müharibədən sonra Ermənistanın forumlarda iştirakdan yayınması anlaşılandır.

Davos iş təkliflərinin müzakirə edildiyi, sövdələşmələrin bağlanıldığı, qarşılıqlı faydalı layihələrin gerçəkləşdiyi bir yerdir. Davos şikayət və xahişlərin eşidildiyi, qəbul edildiyi bir yer deyil. Ermənistanın dünya iqtisadiyyatına təklif edəcəyi bir şey olmadığına görə obyektiv olaraq Davos forumunda da yeri yoxdur.

Beləliklə, 44 günlük müharibədən sonra Ermənistan ABŞ-ın təşkil etdiyi və heç bir praktiki əhəmiyyət kəsb etmədiyi demokratiya sammitində, Azərbaycan isə geosiyasi/iqtisadi vektorların cızıldığı Davos forumunda iştirak ilə yadda qalmış olur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO