"Bu enerji dəhlizi regional əməkdaşlığın onurğa sütunudur" - Fartih Dönməz

Hazırda oxunan: "Bu enerji dəhlizi regional əməkdaşlığın onurğa sütunudur" - Fartih Dönməz

11578

"Cənub Qaz Dəhlizi bütün regiona fayda gətirir və bu enerji dəhlizi regional əməkdaşlığın onurğa sütunudur".

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"Qlobal əməkdaşlığı təşviq edən Avrasiyanın yeni xəritəsini yaradırıq" - Pərviz Şahbazov


"Belə bir yüksək səviyyəli VII iclasda iştirak göstərir ki, ölkələr bu işə qətiyyətlə yanaşır və regionlar arasında əməkdaşlığa sadiqlik var, baxmayaraq ki, biz çətin dövrdə yaşayırıq.

Qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan arasında siyasi dəstək olmadan Cənub Qaz Dəhlizi reallığa çevrilməzdi.

Azərbaycandan Avropaya gedən bu boru kəməri siyasi dəstək olmadan həyata keçirilə bilməzdi. Nəticədə biz bütün regiona fayda gətirdik",- deyə Fatih Dönməz vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO