Azərbaycan və Kuba XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycan və Kuba XİN başçıları arasında telefon danışığı oldu

Hazırda oxunan: Azərbaycan və Kuba XİN başçıları arasında telefon danışığı oldu

115706

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən nazirlər əlaqələrimizin bundan sonra da dinamik şəkildə inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıblar. Azərbaycan-Kuba hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının önəmini diqqətə çatdıran tərəflər iqtisadiyyat, sərmayələr, turizm və səhiyyə sahələrində əməkdaşlığın vacib olduğunu bildiriblər.

Pandemiya dövründə ölkələrimiz arasında əməkdaşlıq, bu xüsusda həyata keçirilən qarşılıqlı yardımlar xatırlanıb. 

Xarici işlər nazirləri ölkələrimizin liderləri, xalqları və hökumətləri arasında tarixi və mədəni əlaqələrin mövcud olduğunu, hal-hazırda yüksək səviyyəli siyasi dialoqun və ikitərəfli yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyətini qeyd ediblər. Tərəflər bununla yanaşı, çoxtərəfli platformalarda, Qoşulmama Hərəkatı çərçivəsində daha fəal əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Azərbaycanın Kubada səfirliyinin açılmasının və ilk dəfə olaraq ölkəmizin səfirinin təyin olunmasının münasibətlərin inkişafına daha da töhfə verəcəyinə ümid ifadə olunub. 

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO