Ağır xəstə olan Ehtiram Hüseynovun canlı efirdə ÇƏTİN ANLARI - VİDEO

Ağır xəstə olan Ehtiram Hüseynovun canlı efirdə ÇƏTİN ANLARI - VİDEO

Hazırda oxunan: Ağır xəstə olan Ehtiram Hüseynovun canlı efirdə ÇƏTİN ANLARI - VİDEO

115551

Əməkdar artist Ehtiram Hüseynov efirdə çətin anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən sənətçi qonaq olduğu “Həmin Zaur” axşam şousunun studiyasına gələn zaman yerişində problemin olduğu üzə çıxıb.

Verilişin aparıcısı Zaur Kamal Ehtiramın studiyada quraşdırılan pilləkanları qalxa bilməməsini gördüyü an kameraların müğənnini deyil, onu çəkməsini istəyib.

Proqramın gedişatında Hüseynov mahnısını ayaq üstə oxuduğu zaman yıxılmamaq üçün oturduğu stulun kənarlarından tutub. İfasını yekunlaşdıran sənətçi addımlarını çox çətinliklə ataraq, stula əyləşib. Həmin anlar isə canlı efirə yansıyıb.
Qeyd edək ki, dağınıq skleroz adlı ağır xəstəlikdən keçmiş "Şeron" estrada-pop qrupunun üzvü müğənni İntizar Məmmədzadə də əziyyət çəkir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO