İlham Əliyev Volodimir Zelenskiyə BAŞSAĞLIĞI verdi 

İlham Əliyev Volodimir Zelenskiyə BAŞSAĞLIĞI verdi 

Hazırda oxunan: İlham Əliyev Volodimir Zelenskiyə BAŞSAĞLIĞI verdi 

115495

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident. 

Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 


Bakı şəhəri, 18 yanvar 2023-cü il". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO