Prezident İlham Əliyev Çin xalqını təqvimləri üzrə Yeni il münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Çin xalqını təqvimləri üzrə Yeni il münasibətilə təbrik etdi

Hazırda oxunan: Prezident İlham Əliyev Çin xalqını təqvimləri üzrə Yeni il münasibətilə təbrik etdi

115487

“Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO 


Dövlətimizin başçısı deyib:

“Bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO