Brilliant Dadaşova: “Qayınana olmağa tələsirəm” - VİDEO

Brilliant Dadaşova: “Qayınana olmağa tələsirəm” - VİDEO

Hazırda oxunan: Brilliant Dadaşova: “Qayınana olmağa tələsirəm” - VİDEO

115402

“Rəfiqələrimin uşaqları analarına “Ay qız” deyə müraciət edirlər. Biz necə atamıza “Ay oğlan” deyə bilərdik? Elə şey mümkündür? (gülür). Deməli bunlar hər şey zamanədəndir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “Xeyirli axşamlar” verilişində deyib. 

Subay idmançı oğlu Cahaddan söz açan sənətçi bildirib ki, onu evləndirib, qayınanağa olmağa tələsir: 

“Övladım anadan olandan qayınana olmağa tələsirəm. Cahadın 32 yaşı var. Kimlərin ki, toylarında oxumuşam, görmüşəm ki, onların xasiyyəti tutmayıb və ayrılıblar. Deyirəm ki, oğlum ailə qurmağa tələsməsin. Çünki ayrılıqdan sonra hər iki tərəf və uşaqlar travma alırlar. Ailə qurmaqdan əvvəl yüz ölçüb, bir biçmək lazımdır. Yaxşısı budur ki, güc olsun, amma gec olsun”. 

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO