Quba rayonunda hava limanı və dəmir yolu vağzalının inşası nəzərdə tutulub.
Bu barədə Bizim.Media-ya Quba Rayon İcra Hakimiyyətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Qubanın icra başçısı vədinə əməl etmədi – ÖZƏL
Məlumata görə, hazırda bu istiqamətdə mütəxəsislər iş aparır, lakin hələ ki, yekun rəsmi qərar yoxdur.
Hökumət razılıq versə, yeni hava limanı modul tipli elektrik yarımstansiyasının arxasında, Şahdağ Qış-Yay Turizm Kompleksinə gedən yol istiqamətində tikiləcək. Dəmir yolu vağzalının mümkün yeri isə hələ ki, məlum deyil.
Bizim.Media