Kiyevdə helikopter qəzasında ölənlərin sayı 19-a çatdı, 3-ü uşaqdır - YENİLƏNİB/VİDEO

Kiyevdə helikopter qəzasında ölənlərin sayı 19-a çatdı, 3-ü uşaqdır - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Kiyevdə helikopter qəzasında ölənlərin sayı 19-a çatdı, 3-ü uşaqdır - YENİLƏNİB/VİDEO

115361

Ukraynada helikopter qəzasında həlak olanların sayı 19-a çatıb, 29 nəfər isə yaralanıb. Yaralılardan 15-i uşaqdır.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib. 

Ölənlərdən 3-ü uşaqdır.

***


Kiyev vilayətinin Brovarı qəsəbəsində uşaq bağçasının ərazisində helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb.

Bizim.Media Unian-a istinadən xəbər verir ki, nəticədə ərazidə yanğın baş verib, insanlar təxliyə edilib.

Kiyev vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba bildirib ki, helikopter qəzaya uğrayan zaman bağçada uşaqlar olub, təxliyə artıq başa çatıb. 

Hadisə yerində təcili yardım briqadaları, polis və yanğınsöndürənlər işləyir.

Hadisə zamanı 5 nəfərin yaralandığı bildirilir.

Milli Polis İdarəsinin rəhbəri İqor Klimenko isə son açıqlamasında bildirib ki, qəza nəticəsində 16 nəfər ölüb. Onlardan 2-si uşaqdır. Ölənlərin 9-u helikopterin göyərtəsində olub. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO