Sergey Lazarev karyerasını başa vurdu: “Özünüzü işə sərf etməyin!”

Sergey Lazarev karyerasını başa vurdu: “Özünüzü işə sərf etməyin!”

Hazırda oxunan: Sergey Lazarev karyerasını başa vurdu: “Özünüzü işə sərf etməyin!”

115216

Rusiyanın məşhur pop ulduzu Serqey Lazarev karyerasını başa vurur.

Bizim.Media xəbər verir ki, bu haqda 39  yaşlı sənətçi “Beşinci Kanal”a müsahibəsində deyib.

Müğənni çox yorğun olduğunu, yaşlandıqca prioritetlərini dəyişdiyini və indi yaxşı istirahət haqqında düşündüyünü etiraf edib.

“Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram, çünki bir şəhərdə yuxuya gedirəm, başqa bir şəhərdə oyanıram və bəzən hər şey təyyarələrdə, qatarlarda olur. Biz bəzən eyni vaxtda müxtəlif şəhərlərdə, müxtəlif televiziya platformalarında olmalıyıq.
Gündə iki-üç konsert ola bilər. Və hər yerdə sevinc və pozitivlik yaymalısan. 70, 80 yaşına qədər özünüzü tamamilə tək - dostsuz, ailəsiz, yalnız bir peşə ilə tapacaqsınız. Ancaq o vaxta qədər artıq yeni qəhrəmanlar olacaq, siz isə işsiz qala bilərsiniz. Ətrafda olanları görmək, mümkünsə səyahət etmək üçün vaxtınız olmalıdır. Özünüzü işə sərf etməyin!”, - deyə Lazarev vurğulayıb.

Müğənnini həyat dəyərlərini yenidən düşünməyə vadar edib, o cümlədən, böyüyən varislərlə (övladları – red.) daha çox vaxt keçirmək istəyir:

“Məni ictimai həyatdan ən çox yayındıran şey uşaqlarımdır. Evə gəldiyim üçün xoşbəxtəm. Bütün bunlardan yayındım və sadəcə ata oldum”.
Qeyd edək ki, Sergey Lazarev də surroqat ana vasitəsi ilə iki övlada sahiblənib. Müğənni 2013-cü ildə ilk dəfə ata olub. O, doğulan oğlan övladına Nikita adını verib. 2018-ci ildə isə Lazarev qız atası olub. Sergey qızına Anna adını verib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO