Azərbaycanda adambaşına düşən ÜDM-nin HƏCMİ

Azərbaycanda adambaşına düşən ÜDM-nin HƏCMİ

Hazırda oxunan: Azərbaycanda adambaşına düşən ÜDM-nin HƏCMİ

115206

2022-ci ildə əhalinin hər nəfərinə düşən ÜDM 13292,2 manata bərabər olub.

Bizim.Media Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.

ÜDM istehsalının 51,1%-i sənaye, 8,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0%-i nəqliyyat və anbar təsərrüfatı, 4,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 1,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,4%-i informasiya və rabitə sahələrinin, 14,7%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,4%-ini təşkil edib.

Həmçinin ölkədə 133,8 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 4,6% çox ümumi daxili məhsul istehsal olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO