Banklara daha çox kimlər etibar edir - kişilər, yoxsa qadınlar? - MARAQLI SORĞU

Banklara daha çox kimlər etibar edir - kişilər, yoxsa qadınlar? - MARAQLI SORĞU

Hazırda oxunan: Banklara daha çox kimlər etibar edir - kişilər, yoxsa qadınlar? - MARAQLI SORĞU

115196

Ölkə əhalisinin 56.7 faizi pullarını banklarda saxlamağa üstünlük verir.

Bizim.Media xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi blitz sorğu nəticəsində məlum olub. Mərkəz vətəndaşların pullarını harada daha etibarlı (təhlükəsiz) saxlaya biləcəkləri ilə bağlı sorğu keçirib.

Məqsəd vədəndaşların yığımlarının daha çox harda saxladığını və banklara etibarını öyrənmək olub.

Keçirilən sorğunun nəticələrində insanların öz pulunu saxlamaq üçün daha çox banklara üstünlük verdiyi aşkar olunub. Belə ki, sorğuda iştirak edənlərin 39.9%-i pulunu evdə saxladığı halda, 56.7%-i banklara etimad göstərir.
Sorğu çərçivəsində respondentlərin 1.8%-i digər cavab variantlarını qeyd edib, 1.5%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Maraqlıdır ki, “Sizcə, pul vəsaitini harada qorumaq daha təhlükəsizdir?” sualına kişilərin yarısı (50.3%) “evdə” cavabı verdiyi halda, qadınların seçimi daha çox banklardan yana olub (62.9%).

Sorğu nəticələrini yaş təsnifatı üzrə təhlil etdikdə məlum olur ki, digərləri ilə müqayisədə gənclər daha çox bankları təhlükəsiz hesab ediblər.

Belə ki, 18-24 yaşda olanların 65.2%-i öz seçimlərində banklara üstünlük verdiklərini bildirib. Bu məqam həmçinin özünü tələbələr üzrə də daha aydın şəkildə büruzə verib – 88.9%.

Həmçinin təhlillər orta aylıq gəliri 901-1200 manat aralığında olanların (70%) digərləri ilə müqayisədə pul vəsaitini evdə saxlamağa üstünlük verdiyini göstərib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO