Keçən il 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Keçən il 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Hazırda oxunan: Keçən il 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

115194

Ötən il ərzində 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə Bizim.Media Prezident yanında Ali Attestasiya Komissiyasına istinadən xəbər verir.

Bundan başqa, keçən il müddətində 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib.

Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 222 nəfərə, elmlər doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, 2022-ci ildə 200 nəfərə dosent, 28 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 29 nəfərə, professor elmi adı almaq istəyən 7 nəfərə imtina verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO