Paytaxtda qadın sərnişinə əxlaqsızlıq edən taksi sürücüsü axtarılır - RƏSMİ/VİDEO

Paytaxtda qadın sərnişinə əxlaqsızlıq edən taksi sürücüsü axtarılır - RƏSMİ/VİDEO

Hazırda oxunan: Paytaxtda qadın sərnişinə əxlaqsızlıq edən taksi sürücüsü axtarılır - RƏSMİ/VİDEO

115175

Gecə saatlarında paytaxtda taksi sifariş edən xanıma qarşı sürücüdən əxlaqsız təklif olub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, orta yaşlı sürücü taksi xidmətində fəaliyyət göstərir. O, gənc xanıma öz dili ilə desək, “yaxınlıq etməyi” təklif edir.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət etdik. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, görüntüdə xanım sərnişinə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsünün aşkar edilməsi və barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində işlər aparılır:

“Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə vətəndaşlardan polis orqanlarına daxil olan şikayətlərin hər biri araşdırılır”.

Sözügedən görüntüləri təqdim edirik:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO