Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulları etimadnamələrini XİN-ə təqdim etdi

Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulları etimadnamələrini XİN-ə təqdim etdi

Hazırda oxunan: Türkiyənin Naxçıvan və Gəncədəki baş konsulları etimadnamələrini XİN-ə təqdim etdi

115017

Türkiyənin Naxçıvandakı yeni baş konsulu Asip Kaya və Gəncədəki yeni baş konsulu Rəcəb Öztop etimadnamələrini Xarici İşlər Nazirliyinə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Etimadnamələrini Azərbaycan Xarici İşlər Nazirliyinin Protokol idarəsinə təqdim etmək üçün Bakıda səfərdə olan Naxçıvandakı baş konsulumuz Asip Kaya və Gəncə baş konsulumuz Rəcəb Öztop səfirimiz Cahit Bağçını ziyarət edib. Səfirimiz onlara vəzifələrində uğurlar arzulayıb”, - səfirliyin məlumatında qeyd edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO