Tehranda SEPAH-ın kazarmasında partlayışlar oldu - VİDEO

Tehranda SEPAH-ın kazarmasında partlayışlar oldu - VİDEO

Hazırda oxunan: Tehranda SEPAH-ın kazarmasında partlayışlar oldu - VİDEO

115001

Yanvarın 15-i gecə saatlarında Tehranın mərkəzində İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik kazarmasında ardıcıl bir neçə partlayış meydana gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Azad İran” Telegram kanalı yayıb.

Qeyd edək ki, SEPAH-ın təhlükəsizlik qüvvələrinin törətdiyi cinayətlərin ardınca hökumət binalarına və qurumlarına hücum, od vurma və dağıdılması həyata keçirilir.
Rejimin repressiyalarından, xüsusilə etirazçı gənclərin edam edilməsindən sonra bu aksiyalar bütün ölkəyə yayılıb. 

SEPAH-ın təhlükəsizlik kazarması ən vacib və ciddi mühafizə olunan mərkəzlərdən biridir. Amma azadlıqsevər xalqa və gənclərə qarşı basqılara cavab olaraq həmin məkan da xalqın və gənclərin qəzəb atəşindən kənarda qalmayıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO