Kroyfdan 49 il sonra bunu bacardı

Kroyfdan 49 il sonra bunu bacardı

Hazırda oxunan: Kroyfdan 49 il sonra bunu bacardı

115000

"Barselona"nın gənc futbolçusu Qavi ötən gecə "Real"la keçirilən Superkubokun final matçında məhsuldarlığı ilə seçilib.

Bizim.Media xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 1 qol, 2 qol ötürməsi ilə 3:1 hesablı qələbədə böyük pay sahibi olub.

"Barselona"nın mətbuat xidmətinin yaydığı məlumata görə, "El-Klassiko"larda sonuncu dəfə belə məhsuldarlıq 1974-cü ildə olub. O zaman klubun əfsanələrindən biri olan Yohan Kroyf bunu bacarıb.

Qeyd edık ki, İspaniya Superkuboku Qavinin "Barselona"da ilk kuboku olub. O, bu mövsüm "Barsa"da bütün turnirlərdə 24 oyuna 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO