2024-cü ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) Bizim.Media-ya verilən məlumata görə, beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.
Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək.
Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64%-i yerinə yetiriib.
Qeyd olunur ki, yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilmiş və tikinti işlərinin 48%-i icra olunub. Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:43 / 16.01.2023
Horadiz-Ağbənd dəmir yolu xəttinin 53 kilometrdən çoxu tikilib
Hazırda oxunan: Horadiz-Ağbənd dəmir yolu xəttinin 53 kilometrdən çoxu tikilib
Hazırda oxunan: Horadiz-Ağbənd dəmir yolu xəttinin 53 kilometrdən çoxu tikilib
114994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.