İstanbul-Bakı aviareysi texniki səbəblərə görə gecikir

İstanbul-Bakı aviareysi texniki səbəblərə görə gecikir

Hazırda oxunan: İstanbul-Bakı aviareysi texniki səbəblərə görə gecikir

114926

“Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) - Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

"Buta Airways" aviaşirkətinin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Sözügedən reysin sərnişinləri bazar ertəsi, yanvarın 16-sı İstanbul vaxtı ilə saat 10:50-də Bakıya digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə +994 70 4374086 "WhatsApp" nömrəsi və ya [email protected] elektron poçt vasitəsilə müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO