Bəsti Sərxana səsləndi: \

Bəsti Sərxana səsləndi: \"Gəl Şəbnəmi apar, canımız qurtarsın\" - VİDEO

Hazırda oxunan: Bəsti Sərxana səsləndi: \"Gəl Şəbnəmi apar, canımız qurtarsın\" - VİDEO

114867

Əməkdar artist Bəsti Bəkirova subay həmkarlarını Xalq artisti Sərxan Sərxan və Əməkdar artist Şəbnəm Tapdığı evləndirmək istədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı sənətçi qonaq olduğu "Həyat tərzi" verilişində verib.

Bəkirova efir vasitəsi ilə hazırda Moskvada olan Sərxana səslənərək, bu fikirlərini dilə gətirib:

“Sərxan, sən mənim neçə illik dostumsan. Ay Sərxan, gəl apar bu Şəbnəmi. Bilirəm, sən də orada təksən. Bilirəm ki, sənin ürəyində olan xanım Şəbnəmdir. Səndən xahiş edirəm, bu qalan ömrünü bu gözəl xanımla keçir. Gəl bunu apar, bizim canımız qurtarsın. Moskvadadır, eşidir məni. Bakıya gələndə onunla görüşmüşük, demişəm ki, o qızı al. Sən də təksən, o da”.

Sözügedən proqramda qonaq olan Şəbnəm Tapdıq Bəstinin bu sözlərindən utanaraq, əlini üzünə tutub və “Bu nə deyir? Babır olduq, bəsdir. Bunu montaj et, getsin” etirazını bildirib. 

Bəkirova isə "Heç nə montaj olunmayacaq. Səni Sərxana ərə verəcəyəm" deyə Şəbnəmə səslənib.

Qeyd edək ki, uzun illər əvvəl Şəbnəm Tapdıqla Sərxan Sərxanın eşq yaşadığı iddia edilib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO