AZAL Özbəkistanın Ürgənc şəhərinə reys açır

AZAL Özbəkistanın Ürgənc şəhərinə reys açır

Hazırda oxunan: AZAL Özbəkistanın Ürgənc şəhərinə reys açır

114736

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Özbəkistan daha bir şəhərinə reyslər yerinə yetirməyə başlayır.

Bu barədə Bizim.Media quruma istinadən məlumat verir.

Məlumata görə, yanvarın 28-dən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Ürgənc-Bakı marşrutu üzrə həftədə bir dəfə - şənbə günləri reyslərin yerinə yetirilməsinə başlamağı planlaşdırır.

Qeyd edək ki, Ürgənc AZAL marşrut şəbəkəsində Özbəkistanın dördüncü şəhəri olacaq. Aviaşirkət həmçinin Bakıdan Daşkəndə (bazar ertəsi, çərşənbə, şənbə və bazar günləri), Səmərqəndə (çərşənbə axşamı və cümə günləri) və Fərqanəyə (cümə axşamı) uçuşlar həyata keçirir.
Aviabiletləri “Azərbaycan Hava Yolları”nın saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO