Paytaxtda bir evdən 4 nəfərin meyiti tapıldı – Ölüm səbəbi 

Paytaxtda bir evdən 4 nəfərin meyiti tapıldı – Ölüm səbəbi 

Hazırda oxunan: Paytaxtda bir evdən 4 nəfərin meyiti tapıldı – Ölüm səbəbi 

114647

Bakının Nərimanov rayonunda 4 nəfərin ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:

"Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO