Oğuzda ağır QƏZA – İki ailənin beş üzvü xəsarət alıb

Oğuzda ağır QƏZA – İki ailənin beş üzvü xəsarət alıb

Hazırda oxunan: Oğuzda ağır QƏZA – İki ailənin beş üzvü xəsarət alıb

114615

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəza zamanı iki ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media-nın yerli bürosunun məlumarına əsasən, “Opel” və “Wolksvagen” markalı avtomobillər toqquşub. 

Qəza zamanı "Opel"in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə dəstəsi cəlb olunub.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobillərdə olan Yağmur Cəfərli, Qönçə Aydınlı, Rahib Aydınov və Nüşabə Cəfərli müxtəlif dərəcəli xəsarətlərlə Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Avtomobil qəzasında daha ciddi xəsarət alan "Opel"in sürücüsü Muxtar Muradova Oğuzda ilkin tibbi yardım göstəriləndən sonra vəziyyəti ağır olduğundan onu Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
Faktla bağlı araşdırma aparılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO