İndiki sahibkarlar niyə əliaçıq deyillər? – Gəlirlərin gizlədilmə SƏBƏBİ 

İndiki sahibkarlar niyə əliaçıq deyillər? – Gəlirlərin gizlədilmə SƏBƏBİ 

Hazırda oxunan: İndiki sahibkarlar niyə əliaçıq deyillər? – Gəlirlərin gizlədilmə SƏBƏBİ 

114594

Azərbaycanda iqtisadiyyatın liberallaşması, keçirilən iqtisadi islahatlara adekvat olaraq çoxsaylı sahibkarlıq subyektləri də yaranıb. Lakin ölkəmizdə biznes sahəsinin adamları humanitar xarakterli aksiyalarda, kimsəsizlərə yardım əlini uzatmaqda nədənsə hələ də passivlik nümayiş etdirirlər. Halbuki xarici ölkələrdə imkanlı şəxslər mütəmadi olaraq humanitar aksiyalara qoşulur, prosesə töhfə verməkdən həzz alırlar. 

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov ölkə sahibkarlarının humanitar missiyalarda passivliyini mühitin qeyri-şəffaflığı ilə əlaqələndirdi:

“Öncə qeyd edim ki, bu məsələdə bir çox hallarda keçən əsrin əvvəllərilə bu dövrün paralelliyini aparırlar. Amma fikrimcə, belə paralellik aparmaq doğru yanaşma deyil. Hacı Zeynalabdin Tağıyevin yaşadığı mühitlə hazırkı dövr tamamilə fərqlidir. 
Sahibkarların hər hansı bir mənbəyi olmayan kifayət qədər sətiraltı xərcləri var. Mühitdə qeyri-şəffaflığın güclü olması da prosesə öz təsirini göstərib. İmkanı, varı olan biznes mühitinin subyekti hazırda daha çox öz gəlirini gizlətməyə çalışır ki, hər hansı bir məsuliyyətə cəlb olunmasın. Belə bir anormal mühit yaranıb. Adətən Qərb dünyasında imkanlı şəxslər humanitar qəbildən olan layihələrdə həvəslə iştirak edir, gənclərin təhsil almalarına yardımçı olur və bunu cəmiyyətə bəyan edirlər. Bu da öz növbəsində onların gəlirlərinin rəsmi olaraq müəyyən hissəsinin vergidən azad olunmasına gətirib çıxarır”. 

Ekspert bildirir ki, bu sayaq tədbirlərdə ara-sıra iştirak edən sahibkarlar da göstərdikləri humanitar dəstəyi bəyan etməkdən çəkinirlər: 

“Ölkəmizdə isə elə bir mühit formalaşıb ki, biznes mühitinin iştirakçıları gəlirlərini hər hansı bir formada gizlətməyə çalışırlar. Sahibkarlar qeyri-rəsmi olaraq müxtəlif humanitar aksiyalarda iştirak edirlər. Kiminsə, təhsilinə kömək edir, kiməsə tibbi yardım göstərirlər. Amma onu bəyan etməkdən çəkinirlər. Çünki bu addım fonunda daha çox ziyan tapa biləcəklərindən qorxurlar”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO