Azərbaycanda heyvanların Elektron Məlumat Bazası yaradılacaq

Azərbaycanda heyvanların Elektron Məlumat Bazası yaradılacaq

Hazırda oxunan: Azərbaycanda heyvanların Elektron Məlumat Bazası yaradılacaq

11454

Kənd Təsərrüfatı Nazirliyində “Heyvandarlığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.

Bizim.Media xəbər verir ki, Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata  görə, onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, Heyvandarlıq və Südçülük Assosiasiyalarının rəhbərləri, heyvandarlıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib.

Bildirilib ki, aqrar sahənin, o cümlədən heyvandarlığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.

Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.

Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1% artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 %, süd istehsalı 1,9 %, yumurta 4,3 %, yun istehsalı 0,2 % artıb.

Tədbirdə heyvandarlıqda yem təminatı, innovativ yemləndirmənin əhəmiyyəti, heyvanların identikləşdirilməsi, qeydiyyatı və Elektron Məlumat Bazasının yaradılması, seleksiya-damazlıq işlərinin təşkili, heyvanların sığortalanması, ixtisaslaşmış ətlik iribuynuzlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyi, yerli genofonda aid olan cinslərin saxlanması və artırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi, heyvan xəstəliklərinin müalicə və profilaktikası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO