Ərdoğan: “Yunanıstan S-300-dən istifadə edir. Amerika sorğulayırmı?”

Ərdoğan: “Yunanıstan S-300-dən istifadə edir. Amerika sorğulayırmı?”

Hazırda oxunan: Ərdoğan: “Yunanıstan S-300-dən istifadə edir. Amerika sorğulayırmı?”

1145

“Bəli biz S-400-lərlə bağlı testləri apardıq. Hər halda buna görə, ABŞ-a müraciət edəcək deyildik”.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

O, qeyd edib ki, Türkiyə sadəcə S-400 deyil, ağır, orta, yüngül, eləcə də ABŞ-dan alınan silahları da sınaqdan keçirir: “Bundan sonra da eyni şəkildə bunu edəcəyik. Qonşuluqda Yunanıstan S-300-lə nəinki test aparır, bu silahlardan istifadə edir. Bunu Amerika onlardan soruşurmu? Yox. Ona görə ki, bu xüsusilə Rusiyaya aid silah olması onları yəqin ki narahat edir. Amma biz qərarlıyıq və yolumuza bu şəkildə davam edəcəyik”.

Türkiyə Prezidenti  Liviyada atəşkəsin elan edilməsinə də münasibətini bildirib: “Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu, gecə saat 00.00 etibarı ilə atəşkəs başlanacaq deyildi, amma buna əməl edilmədi, Ermənistan pozdu. Ümid edirəm ki, Liviyada belə olmaz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO