Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyənin "Əl-Hilal" klubu ilə danışıqlar aparır.
Bizim.Media xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada mövsümdə təxminən 300 milyon avro maaşla olan müqavilə ilə bağlı danışıqlar aparır.
Argentina millisinin kapitanın PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kriştiano Ronaldonun “Əl Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq. “Əl-Hilal” - “Əl-Nəsr” oyunu Səudiyyə Ərəbistanının əsas derbisidir.
Bizim.Media

- A-
- A
- A+
İdman
01:00 / 13.01.2023
Messinin atası Ər-Riyadda - "Əl-Hilal"la danışıqlar aparır
Hazırda oxunan: Messinin atası Ər-Riyadda - "Əl-Hilal"la danışıqlar aparır
Hazırda oxunan: Messinin atası Ər-Riyadda - "Əl-Hilal"la danışıqlar aparır
114486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.