Manaf: “Dostluq etmək hər kişinin başı üçün deyil” - VİDEO

Manaf: “Dostluq etmək hər kişinin başı üçün deyil” - VİDEO

Hazırda oxunan: Manaf: “Dostluq etmək hər kişinin başı üçün deyil” - VİDEO

114410

“Əsl dost dosta görə özünü güllənin altına atır. Əslində dostlarımdan incimişdim. Sonra düzgün mövqedə olmadığımı anladım. Niyə? Çünki həmin şəxsin dostluğu bura qədər imiş. Ondan inciməyə dəyməz”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu “İndi başla” verilişində deyib.

Dostluqda “ağzı yanan” sənətçi bu mövzuda bədbəxt olduğunu dilə gətirib.

“Hamını özüm kimi görmək istəyirəm. Bu da mümkün bir şey deyil. Özüm kimi heç doğma qardaşlarım belə deyil. Mənim kimi heç doğmalarım ola bilməz. Var əsl dost, dostluğu bacaran. Var yoldaşlıq edən. O da deyir ki, nəyimə lazımdır öldü və ya tutuldu getdi... Amma elə deyil.

Əslində dostluğa görə çox bədbəxt adamam. Çünki dostluğa çox inanıram. İnandığıma görə də, dostluğu başqa cür edirəm. Dostla bağlı tutduğum mövqe də əslində düz deyil. Başıma xoşagəlməz iş gəlmişdi.
Nə var idi orada? Gözlədiklərim o deyil idi. Allah eləməsin məni tutsalar, nə arxamca gələn olar, nə də ki evə gedən. Boş-boş şeylərdir. Dostluq ağır mövzudur. Dostluq hər kişinin başı üçün deyil”, - deyə Manaf qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO