Moskvadan növbəti Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli görüş TƏKLİFİ 

Moskvadan növbəti Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli görüş TƏKLİFİ 

Hazırda oxunan: Moskvadan növbəti Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli görüş TƏKLİFİ 

114380

"Moskva İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatdır".

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur:

"Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır".

M.Zaxarova söyləyib ki, rəsmi Moskvanın Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifi qüvvədədir:

“İrəvan təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO