Sabah hava necə olacaq? - RƏSMİ

Sabah hava necə olacaq? - RƏSMİ

Hazırda oxunan: Sabah hava necə olacaq? - RƏSMİ

114363

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Gecə şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO