Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq - FOTO

Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq - FOTO

Hazırda oxunan: Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq - FOTO

114311

Avstriyanın aparıcı qəzetləri sırasında yer alan “Zalsburq xəbərləri“ (Salzburger Nachrichten) qəzetində “Azərbaycan 2023-cü ildə Avropaya qaz tədarükünü artıracaq” sərlövhəli məqalə dərc olunub.

Bizim.Media xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibəyə geniş diqqət ayrılıb.

Qeyd edilib ki, dövlət başçısı Azərbaycanın bu il Avropa İttifaqına 12 milyard kubmetr qaz tədarükünə dair hələ aylar əvvəl əldə edilmiş razılığı bir daha vurğulayıb. 2023-cü ildə Azərbaycan ümumilikdə 24 milyard kubmetr qaz ixrac edəcək və onun yarısını Avropaya nəql edəcək. İndiyədək bu göstərici illik 8,1 milyard kubmetrə bərabər idi.

Məqalədə Avropaya qaz nəqlinə dair siyasi razılaşmalara da toxunulub. Qeyd edilib ki, ötən ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında qaz nəqlinə dair Anlaşma Memorandumu imzalanıb.
Bununla da Avropanın Rusiya qazından asılılığının azalması üçün yeni imkanlar açılıb. 2027-ci ildən etibarən isə qaz nəqlinin həcmi daha da artaraq illik azı 20 milyard kubmetrə çatmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO