“Azərişıq” qarlı havada abonentləri işıqsız qoymadı - VİDEO 

“Azərişıq” qarlı havada abonentləri işıqsız qoymadı - VİDEO 

Hazırda oxunan: “Azərişıq” qarlı havada abonentləri işıqsız qoymadı - VİDEO 

114296

Bu gün güclü qar yağması nəticəsində Lerikin rayonunun Hücü və Dico kəndlərinə gedən elektrik naqillərində qəza baş verib və elektrik enerjisinin verilişində fasilə yaranıb. 

“Azərişıq” ASC -dən Bizim.Media-ya verilən məlumata görə, artıq həmin kəndlərdə elektrik enerjisi bərpa edilib. 

Qarlı, şaxtalı havada dağlıq ərazidə yerləşən kəndlərə avtomobillə hərəkət etmək mümkün olmayıb. Bu səbəbdən “Azərişıq” əməkdaşları mal-material təchizatı ilə birlikdə 8 km-lik yolu piyada qət edərək baş vermiş qəzanı aradan qaldırıblar. 
Qeyd edək ki, Hücü kəndinin 8, Dico kəndinin 25 abonenti var. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO