Ayaqları tutulan Toppuş bacı: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var

Ayaqları tutulan Toppuş bacı: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var" - ÖZƏL

Hazırda oxunan: Ayaqları tutulan Toppuş bacı: “Yeni törəmələr əmələ gəlib, maddi yardıma ehtiyacım var" - ÖZƏL

114163

“Səhhətim və maddi vəziyyətim çox ağırdır”. 

Bu sözləri Toppuş bacı ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib. 

Sənətçi bədənində yeni törəmələrin aşkar olduğunu açıqlayıb: 

“Başımda yeni törəmələr əmələ gəlib. Ayaqlarım tamam tutulub. Yeriyə bilmirəm. Bir neçə gün əvvəl şüa aldığımdan prosesi yenidən təkrarlaya bilmirəm. İynə, dərmanlarla zaman qazanmağa çalışıram”. 

Tünzalə maddi vəziyyətinin də pis olduğunu dilə gətirib: 

“Maddi yardıma böyük ehtiyacım var. Amma təəssüflər olsun ki, kimsə maddi yardım etmir”. 

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib. 
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO