Nabrana hündürlüyü 30 sm-dən çox qar yağıb - FOTO

Nabrana hündürlüyü 30 sm-dən çox qar yağıb - FOTO

Hazırda oxunan: Nabrana hündürlüyü 30 sm-dən çox qar yağıb - FOTO

114155

Şimal bölgəsinə qar bu dəfə dağlıq ərazilərdən çox aran və Xəzər dənizi sahillərində yerləşən yaşayış məntəqələrinə yağıb. Müşahidələrimiz və yerli sakinlərin məlumatları belə deməyı əsas verir.

Bizim.Media olaraq apardığımız araşdırma zamanı Xəzər dənizi sahilində yerləşən Nabrana son illərin ən güclü qarın yağdığını öyrəndik.

Xaçmaz İH başçısının Nabran üzrə icra nümayəndəsi Nəzakət İskəndərova Bizim.Media-ya məlumat verdi ki, Nabrana, dəniz sahillərinə 30 sm-dən çox qar yağıb.

Onun sözlərinə görə, nadir hallarda Nabrana qar yağır, amma bu dəfə həddindən  çox yağıb, güclü qar Nabranda nəqliyyatın hərəkətini iflic edib. Yolun qardan təmizlənməsi üçün təcili tədbirlərə başlanılıb.

Nabran sakinləri də meşə və dənizi ilə məşhur olan Nabranda belə güclü qarın son illər yağmadığını deyirlər. Qaz və işıq sarıdan hər hansı problem yaşanmayıb.

Rayonun Bostançı, Palıdlı, Nağıoba, Kiçik Baraxum kəndlərinə də 30 sm-dən çox qar yağıb. Nabranda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hidrometeroloji məntəqəsi olmadığından rəsmi deyil, sakinlərə istinadən deyə bilərik ki, Xaçmazın dəniz sahilində yerləşən kəndlərinə 35 sm-dən çox qar yağıb. Quba ərazi  hudrometerologiya  müəssisəsinin məlumatına görə, Xaçmazın rayon mərkəzində qarın hündürlüyü isə 18 sm təşkil edir.

Xaçmaz İh-dən Bizim.Media-ya verilən məlumata görə, rayonun bütün ərazilərinə qar yağıb. Yolların-Xaçmaz-Bakı, Xaçmaz-Quba, Xudat-Qusar və digər istiqamətlərdə yolun qardan təmizlənməsi işləri aparılır. Rayon ərazisində bağlı yol yoxdur. Çətinlik yaşanan yolların təmizlənməsi üçün texnika vasitəsilə işçi qüvvəsi və yol istismar idarəsinin əməkdaşları işləri davam etdirir. Qısa vaxt ərzində Nabrana əlavə texnika göndəriləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO