Aygün Bəylər: “Doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar” - VİDEO

Aygün Bəylər: “Doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar” - VİDEO

Hazırda oxunan: Aygün Bəylər: “Doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar” - VİDEO

114138

“Onlar (bayağı ifaçılar – red.) olmasa, yaxşı ifaçıların qədri bilinməz heç vaxt. Onlar yavaş-yavaş keçib gedəcəklər. Bu sənətdə əbədi deyillər. Çünki xalqın gözü tərəzidir. Xalqın yaradıcılığını necə bayağı kimi təqdim etmək olar?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər “ATV səhər” verilişinə müsahibəsində deyib. 

Sənətçi Azərbaycan musiqisini korlayan bayağı ifaçılardan və onların oxuduğu mahnılardan söz açıb: 

“12 yaşımdan qız toylarına getmişəm. Oxumağa isə oradan başlamışam. Efirdə özümü təsdiq etmişəm. Belə bir söz var, xalqın sevən sənətkarına dağ bata bilməz. Bayağılıq bir az özünü göstərir. 15 yaşından bu xalqın gözünün önündə böyümüşəm. Əslində, bir az doğru yanaşsalar, bayağı musiqini də düzəltmək olar”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO