Tovuzda FACİƏ – İki azyaşlı qardaş bit dərmanı içdi

Tovuzda FACİƏ – İki azyaşlı qardaş bit dərmanı içdi

Hazırda oxunan: Tovuzda FACİƏ – İki azyaşlı qardaş bit dərmanı içdi

114115

Tovuzda valideynlərin səhlənkarlığı iki azyaşlı qardaşı xəstəxanalıq edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Dondar Quşcu kənd sakinləri - 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oglu və 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Qardaşlara ilkin tibbi yardım göstərilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. 

Məlumata görə, azyaşlılar valideyn nəzarətindən kənar qaldıqlarından bit dərmanı içərək zəhərləniblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO