Podolyak: “Kremlin məqsədi Qarabağda Krım ssenarisini təkrarlamaqdır” - VİDEO

Podolyak: “Kremlin məqsədi Qarabağda Krım ssenarisini təkrarlamaqdır” - VİDEO

Hazırda oxunan: Podolyak: “Kremlin məqsədi Qarabağda Krım ssenarisini təkrarlamaqdır” - VİDEO

114032

"Qarabağ ermənilərinin probleminin "şişirdilməsinin" üç aspekti var. Birincisi, diqqəti qismən yayındırmaq və istiqaməti Ukrayna müharibəsindən hansısa başqa münaqişə ocaqlarına çevirməkdir ki, bütün dünya ora baxsın".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Moldova 1" telekanalının efirində Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixail Podolyak səsləndirib.

“İkincisi, Rusiya istəyir ki, KTMT-də öz dominant mövqeyini bərpa etsin və göstərsin ki, bu cür münaqişələrin (o cümlədən Ermənistan və Azərbaycan arasında) həllində vasitəçilik edə bilər. Və nəhayət, münaqişəni canlandırmaqla Azərbaycan və Türkiyəni rusiyayönümlü etmək fikrindədir”.
Mixail Podolyak qeyd edib ki, əslində Kreml Krım ssenarisini canlandırmaq məqsədini güdür:

“Krım ssenarisini həyata keçirmək cəhdi olacaq. Və insanlara deyəcəklər ki, biz burada hər şeyi nəzarətdə saxlayırıq. Bu ssenari təxribatdan başqa bir şey deyil”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO