Bəzi rayonlar üzrə təxirə salınan avtobus reysləri bərpa edildi - RƏSMİ

Bəzi rayonlar üzrə təxirə salınan avtobus reysləri bərpa edildi - RƏSMİ

Hazırda oxunan: Bəzi rayonlar üzrə təxirə salınan avtobus reysləri bərpa edildi - RƏSMİ

114026

Ötən gün kəskin hava şəraiti ilə əlaqədar təxirə salınan avtobus reysləri bu gün bərpa edilib.

Bu barədə Bizim.Media Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən məlumat verir.

AYNA tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarası və rayonlararası marşutlar istiqamətində monitorinq aparılıb. Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.
Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verilib.

Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO