Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!” - FOTO

Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!” - FOTO

Hazırda oxunan: Zamiq ƏSƏBİLƏŞDİ: “Ay ruhi xəstə, bu da bir canlıdır!” - FOTO

113939

“Nə qədər ki, dünyamızda yaşayan belə ruhi xəstə, cahil insanlar olacaq və onlar cəzalanmayacaq, bir o qədər bizi çox bəlalar gözləyəcək!”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabında yazıb.

Sənətçi işgəncə verilərək öldürülən pişiyin fotosunu paylaşaraq, bu hadisəni törədənləri sərt şəkildə qınayıb.

“Ay ruhi xəstə insan, bu da bir canlıdır, onun da bir balası var. Sən bu cəmiyyətə, öz ailənə necə örnək olacaqsan? Sənin övladın böyüyüb nə olacaq? Sənin bu cəmiyyətə nə faydan olacaq?”, - deyə Z.Hüseynov bildirib.
Qeyd edək ki, ürəkdağlayan hadisə sosial şəbəkədə paylaşıldıqdan sonra bir sıra məşhurların, eləcə də Xalq artisti Aygün Kazımovanın münasibəti gecikməyib. Pop ulduz lazımi qurumların məsələyə baxaraq bunu törədən şəxsin cəzalandırılmasını istəyib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO